Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Yığıncaqda Topaz Premyer Liqasının XXX turunun oyunlarında qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.
"Qəbələ" ilə qarşılaşmada ikinci sarı vərəqə üzündən meydandan kənarlaşdırılan Saşa Yunisoğlu 1 oyunluq cəzalanıb və "Rəvan"ı 200 manat ziyana salıb.
88-ci dəqiqədə "Qəbələ" klubunun baş məşqçisi Roman Qriqorçuk texniki zona qaydaların pozduğu üçün 1 oyun cəzalanıb, klubu 1000 manat cərimə olunub.
4 oyunçusu xəbərdarlıq alan "Qəbələ" 1000 manat cərimə olunub. "Qarabağ"la görüşdə 6 futbolçusu sarı vərəqə alan "Neftçi" də eyni cəzaya məruz qalıb.
AZAL – "Sumqayıt" matçında hər iki komandanın 4 üzvü xəbərdarlıq aldığı üçün klubların hərəsi 1000 manat ziyana düşüb.
İntizam Komitəsi Ruslan Qurbanova göstərilən sarı vərəqənin düzgün olmamağı ilə bağlı müraciət edən "Neftçi"nin şikayətinə də baxıb. Qərara əsasən, oyunun 23-cü dəqiqəsində Qurbanova simulyasiyaya görə göstərilmiş sarı vərəqə hakim tərəfindən epizodun düzgün qiymətləndirilməməyi səbəbindən ləğv olunub.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































