Bakı 2015" I Avropa Oyunlarında gümüş medal qazanmış Azərbaycan boksçusu Xaybula Musalov karyerasını başa vurub.
Bu barədə "Report"a federasiyanın icraçı direktoru Nağı Səfərov məlumat verib.
N.Səfərovun sözlərinə görə, 26 yaşlı idmançının qərarına zədəsi səbəb olub: "Musalov Avropa Oyunlarından sonra təlim-məşq toplanışında gözündən zədə almışdı. Bir müddət həkim nəzarətində olsa da, həkimlər onun döyüşməsinə icazə vermədilər. Bu səbəbdən, Xaybula karyerasını bitirməli oldu".
Qeyd edək ki, Xaybula Musalov "Bakı 2015" I Avropa Oyunlarında 75 kq çəki dərəcəsində gümüş medal qazanıb. Hələlik Azərbaycan yığması bu çəkidə 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya əldə edə bilməyib.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































