Bu gün Çempionlar Liqasında mövsümün son püşkatma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə yarımfinal və final mərhələlərinin püşkü atılıb.
Avropanın ən nüfuzlu klub turnirində mübarizəni davam etdirən 4 ən güclü komanda əvvəl iki yarımfinal cütünü təşkil edib. Aprelin 26-27-də ilk, mayın 3-4-də cavab matçları keçiriləcək mərhələdə "Mançester Siti" "Real"la, "Atletiko" isə "Bavariya" ilə qarşılaşacaq.
Ardınca mayın 28-də, İtaliyanın Milan şəhərində baş tutacaq finalın nominal meydan sahibi müəyyənləşib. Bu, "Mançester Siti" - "Real" cütünün qalibi olacaq.
Yarımfinal
26-27 aprel/3-4 may
1. "Mançester Siti" (İngiltərə) - "Real" (İspaniya)
2. "Atletiko" (İspaniya) - "Bavariya" (Almaniya)
Final
28 may, Milan
1-ci cütün qalibi – 2-ci cütün qalibi
Mediainfo.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)
















.jpg)



















.jpg)






