Azərbaycan yığmasının milliləşdirilmiş atleti Layeş Abdullayeva ölkəmizdən ayrılıb. Bu barədə məlumatı apasport.az saytına atletika üzrə yığmamızın baş məşqçisi Məhərrəm Sultanzadə verib. Onun sözlərinə görə, 25 yaşlı efiopiyalı marafonçu artıq vətəninə dönüb. Buna səbəb Abdullayevanın üzvü olduğu "Ümid" klubunun idmançı ilə müqaviləni uzatmamağı olub: "Artıq Layeş üçün Azərbaycan yığmasının qapısının bağlandığını qeyd etmək olar".
Xatırladaq ki, 1500, 3000, 5000 və 10000 m məsafələrə qaçışda yığmamızın şərəfini qorumuş atlet 2009-cu ildə Azərbaycan vətəndaşlığını qəbul etmişdi.
O, millimizin heyətində Avropa çempionu (U-23, 5000 m və 10000 m) adını qazanıb. Həmçinin qitə və dünya çempionatlarında, İslamiadada komandamızın aktivinə müxtəlif əyarlı medallar yazdırıb. London-2012-də də ölkəmiz adından çıxış edib.
Mediainfo.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)
















.jpg)



















.jpg)






