Türkiyənin Samsun şəhərində boks üzrə Avropa Olimpiya Təsnifat Turniri davam edir. Apasport.az saytının məlumatına görə, yarışın 3-cü günü rinqə Azərbaycan millisinin 4 üzvü çıxıb.
İlk mərhələdən azad olan Lorenzo Sotomayor (64 kq) Den Uolşla üz-üzə gəlib. Çətin keçən qarşılaşma 2:1 hesabı ilə Azərbaycan çempionunun xeyrinə başa çatıb. Avropa Oyunlarının da qızıl medalını qazanmış Sotomayor 1/4 finalda Aleksandros Tsanikidislə (Yunanıstan) qarşılaşacaq.
İkiqat dünya çempionumuz Məhəmmədrəsul Məcidov (+91 kq) isə daha asan qələbə qazanıb. Avropa Oyunlarındakı zədəsini sağaldan Olimpiya mükafatçısı Dean Qardinerə (İrlandiya) heç bir şans verməyib – 3:0. O, yarımfinala gedən yolda italiyalı Quido Vianello ilə döyüşəcək.
Yana Alekseyevna (60 kq) da rinqdən qələbə ilə ayrılıb. İkinci döyüşündə Tatar Gülsümlə (Türkiyə) gücünü yoxlayan təmsilçimiz rəqibini 3:0 hesabı ilə məğlub edib. Alekseyevna 1/4 finalda Aqnes Aleksiussonla (İsveç) qarşılaşacaq.
Hər 3 qarşılaşma sabah baş tutacaq.
Onlardan fərqli, qadınlardan ibarət yığmamızın lideri Yelena Vıstropova (75 kq) ilk döyüşdəcə uduzub. 1/8 finalda türkiyəli Sema Çalışkanla qarşılaşan boksçumuz hər 3 raundda zəif təsir bağışlayıb – 0:3.
Bununla da 10 idmançımızdan 3-ü mübarizəni dayandırıb. Vıstropovadan öncə Anaxanım Ağayeva (51 kq) və Kamran Şahsuvarlı (75 kq) da yarışla vidalaşmışdı.
Qeyd edək ki, Rioya lisenziya xarakterli turnirdə bu gün Teymur Məmmədov (81 kq), Abdulqadir Abdullayev (91 kq) və Cavid Çələbiyev (56 kq) ilk döyüşünə çıxacaq. Onlar müvafiq olaraq, Georgi Kuşitaşvili (Rusiya), Tadas Tamasaus (Litva) və Vyaçeslav Qoyanla (Moldova) qarşılaşacaq.
Mediainfo.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)
















.jpg)



















.jpg)






