Aprelin 12-dən başlayaraq Türkiyənin İstanbul şəhərində İslam Əməkdaşlığı Təşkilatının (İƏT) Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (İKGF) "İƏT Gənc liderlər Sammiti" keçiriləcək
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sammitdə iştirak etmək məqsədi ilə nazir Azad Rəhimov Türkiyəyə yola düşüb.
Qeyd edək ki, sammit 14-15 aprel 2016-ci il tarixində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın himayəsi altında keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının zirvə toplantısının 13-cü sessiyasının bir hissəsi kimi təşkil edilir. Sammitdə İƏT regionunda gənclərin ən çox üzləşdiyi problemlər və bu problemlərin aradan qaldırılması üçün tövsiyələrin hazırlanması, gənclər problemlərinin həllində ən yaxşı təcrübələrin mübadiləsi və digər mövzuların müzakirəsi nəzərdə tutulub.
"Həmrəyliyin və sülhün təşviqində gənc nəslin dəstəklənməsi; ekstremizm və islamofobiyaya qarşı mübarizə; mədəniyyətlərarası dialoqun təşviqi və hamı üçün daha yaxşı gələcək" fikirlərini əks etdirəcək gənc liderlərin yekun sənədi dövlət başçılarının yığıncağına təqdim olunacaq.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































