Latviyanın "Dauqavpils" klubunda çıxış edən azərbaycanlı futbolçu Orxan Qurbanlı yeni komandasında ilk qolunu vurub. Latviya kubokunun 1/4 finalında səfərdə "Metta"ya 2:0 hesabı ilə qalib gələn "Dauqavpils" yarımfinala yüksəlib. Orxan Qurbanlı matçın 19-cu dəqiqəsində digər azərbaycanlı futbolçu Mirabdulla Abbasovun ötürməsini qola çevirib. Diqqət çəkən maraqlı məqam isə Orxanın qoldan sonra, ermənilərlə döyüşdə şəhid olan hərbçilərimizin xatirəsinə əsgər salamı verməsi olub. Xatırladaq ki, müqavilə ilə "Neftçi"yə məxsus olan Orxan və Mirabdulla "Dauqavpils"də icarə əsasında çıxış edir
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































