Bu gün 17 yaşadək futbolçular arasında Avropa çempionatının ölkəmizdə keçiriləcək final mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, Bakı Olimpiya Stadionunda keçirilən tədbirdə 16 komanda 4 qrupa bölünüb.
Mərasimdə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, AFFA-nın rəhbərliyi, Avropa və ölkə futbolunun tanınmış simaları, turnirin UEFA və Yerli Təşkilat Komitəsinin üzvləri və digər rəsmi şəxslər iştirak ediblər. UEFA rəsmisi Lensi Kelli və müğənni Röya Ayxanın gerçəkləşdiyi püşkatmada İtaliya futbolunun əfsanəsi Françesko Toldo da iştirak edib.
Azərbaycan yığması meydan sahibi püşksüz A qrupunun 1-ci komandası olub. Bu qrupun digər 3 komandası, həmçinin B, C və D qruplarını təşkil edən "dördlük"lər püşklə müəyyənləşib. Təbriz Həsənovun yetirmələri Portuqaliya, Şotlandiya, Belçika ilə eyni qrupda mübarizə aparacaq.
A qrupu
Azərbaycan
Portuqaliya
Belçika
Şotlandiya
B qrupu
Ukrayna
Almaniya
Avstriya
Bosniya və Herseqovina
C qrupu
Fransa
Danimarka
İngiltərə
İsveç
D qrupu
İtaliya
Serbiya
Hollandiya
İspaniya
Qeyd edək ki, püşkatma nəticəsində qrup mərhələsinin təqvimi də bəlli olub. Bu raundun ilk turu mayın 5-6-da, növbəti turu 8-9-da, son matçları 11-12-də keçiriləcək. Hər gün 2 qrupun hərəsində 2 matç – yəni 4 oyun baş tutacaq. Hər qrupdan iki komandanın yüksəldiyi 1/4 final ayın 14-15-də, yarımfinal 18-də, final isə 21-də keçiriləcək. Çempionatın oyunları Bakı Olimpiya Stadionu, "Dalğa Arena", "Qarabağ Stadium" və 8-ci km qəsəbə stadionunda keçiriləcək.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































