Çimərlik voleybolu üzrə Azərbaycan yığmaları Rio-de-Janeyro Olimpiadasına yollanmaq şansını itirib. Apasport.az saytının məlumatına görə, buna Avropa Voleybol Konfederasiyasının cütlüklərimizi Olimpiadaya lisenziya xarakterli "Kontinental kuboku"nda diskvalifikasiya etməsi səbəb olub.
Belə ki, ilk 3 mərhələdən uğurla adlayan kişilərdən ibarət komandamız mübarizəni IV mərhələdən davam etdirməli olsa da, yarışdan rəsmən kənarlaşdırılıb. Yığmamızı burada III mərhələdə təmsilçilərimizdən sonra 4-cü pillədə qərarlaşan Portuqaliya voleybolçuları əvəzləyiblər.
Qadınlardan ibarət cütlüyümüzün yarışa qatılmasını isə Azərbaycan Çimərlik Voleybolu Federasiyası məqsədəuyğun saymayıb. Buna görə də onların ilk 3 mərhələdə qazandığı qələbələr faydasız nəticəyə çevrilib. Yunanıstanda olacaq qrup oyunların isə yığmamızı hansısa ölkə əvəzləməyəcək.
Əldə etdiyimiz məlumata görə, kişilərin diskvalifikasiya olunmasında milliləşdirilmiş cütlüklər - Bernardo Romano ilə Leonid Qritsay və Neylton Santosla Yaroslav Rudikin yerli federasiya ilə aralarında problem yaranması rol oynayıb. Onların hətta Azərbaycan Çimərlik Voleybolu Federasiyasından şikayət etdiyi də bildirilir.
Mediainfo.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)
















.jpg)



















.jpg)






