Azərbaycan kubokunun finalının keçiriləcəyi stadiona böyük ölçüdə aydınlıq gəlib. Həlledici qarşılaşma böyük ehtimalla bölgədə baş tutmayacaq.
Bir müddət öncə finalın Gəncə şəhər stadionunda keçiriləcəyi bildirilirdi. Bununla bağlı açıqlama verən klub rəsmiləri də məlumatı təsdiqləmişdilər. Onlar həmin müddətə kimi stadionun ot örtüyünün və oturacaqlarının normal vəziyyətə salına biləcəyini demişdilər. Lakin klub rəhbərliyinin məsələyə biganə yanaşması gəncəlilərin kubokun həlledici matçını izləmək arzusunu ürəklərində qoyub.
AFFA və PFL rəhbərliyi Gəncə stadionunun yararsız vəziyyətdə olduğunu nəzərə alıb, matçın orda keçirilməsini məqsədəuyğun bilməyib. Onlar stadion seçimini də artıq ediblər. Belə ki, mayın 25-də baş tutacaq qarşılaşmanın AFFA-nın nəzdində olan Bakı Olimpiya Stadionunda oynanılması planlaşdırılır.
Qeyd edək ki, finala vəsiqə uğrunda "İnter"lə "Qarabağ", "Neftçi" ilə "Qəbələ" komandaları mübarizə aparacaqlar. Yarımfinalın ilk görüşləri aprelin 27-də, cavab matçları isə mayın 4-də keçiriləcək.
Mediainfo.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)
















.jpg)



















.jpg)






