Çempionlar Liqasında ¼ mərhələsinin növbəti iki oyunu keçirilib

Çempionlar Liqasında ¼ mərhələsinin növbəti iki oyunu keçirilib

Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində daha 2 qarşılaşma baş tutub.

Apasport.az saytının məlumatına görə, matçlardan biri Almaniya, digəri isə Fransada oynanılıb.

La Liqada çempionluqdan uzaq düşən və buna görə bütün diqqətini Çempionlar Liqasına yönəldən "Real" "Volfsburq"a qonaq olub. Bundesliqada işləri yaxşı getməyən "canavarlar" sürprizə imza ataraq, qonaqları əliboş yola salıblar. "Kral klubu" matçdan 2 cavabsız qolla məğlub ayrılıb. İlk hissədə ardıcıl iki qol buraxan Zidanın komandası sonradan bunu aradan qaldıra bilməyib.

Mərhələnin ən maraqlı matçlarından biri də PSJ ilə "Mançester Siti" arasında oynanılıb. Gərgin və dramatik mübarizə şəraitində keçən oyunda qalib bilinməyib. Əvvəlcə qonaqlar hesabda irəli çıxıblar, sonradan iki qol vuran PSJ vəziyyəti xeyrinə dəyişsə də, üstünlüyünü sona qədər qoruya bilməyib.

Hesabı bərabərləşdirən "Mançester Siti" Parisdən sərfəli nəticə ilə dönməyi bacarıb.

Çempionlar Liqası

1/4 final mərhələsi, ilk oyunlar

6 aprel

PSJ (Fransa) – "Mançester Siti" (İngiltərə) - 2:2

Qollar: İbrahimoviç, 41, Rabiot, 59 - Kevin de Bruyne, 38, Fernandinyo, 72

"Volfsburq" (Almaniya) – "Real" (İspaniya) - 2:0

Qollar: Rodrigez, 18 (pen.), Arnold, 25

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az