UEFA Bakının "İnter" klubunu cəzalandırıb. Klubun saytının yaydığı xəbərə görə, martın 30-da UEFA CFCB-nin İstintaq Palatasının qəbul etdiyi 10 dekabr 2015-ci il tarixli AC-05-2015 nömrəli qərarını qüvvədə saxlayıb. Bununla da "İnter" növbəti üç avrokubok mövsümündən (2016/2017, 2017/2018, 2018/2019) birində iştirak hüququndan məhrum edilib.
Buna səbəb klubun bu ilin yanvarın 31-ə qədər borclarını ödəyə bilməməsidir.
"İnter" bu qərara əsasən, apellyasiya üçün 10 gün ərzində İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edə bilər. Klub bu hüquqdan istifadə etmək niyyətindədir.
"İnter" klubunda maliyyə problemləri onun sponsoru Azərbaycan Beynəlxalq Bankında kredit qalmaqalının yaşanmasından sonra üzə çıxmışdı. Klub hətta bəzi futbolçuların maaşlarını belə ödəyə bilmirdi. Hərçənd, klub rəsmiləri bir müddət öncə Azadlıq Radiosuna bildirmişdilər ki, yenidən sponsorluqla bağlı Azərbaycan Beynəlxalq Bankının yeni rəhbərliyi ilə danışıqlar gedir. Maliyyə problemləri tezliklə yoluna qoyulacaq. Klubun keçmiş fəxri prezidenti, Azərbaycan Beynəlxalq Bankın İdarə heyətinin keçmiş sədri Cahangir Hacıyev hazırda həbsdədir.
Mediainfo.az
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı


















































