Mediainfo.az xəbər verir ki, "Fenerbahçe"nin bacarıqlı futbolçusuna qarşı Almaniya Dopinq Üzrə Araşdırma Mərkəzi tərəfindən iddia irəli sürülüb. İddiaya görə, Gökhan Gönül qadağan edilmiş maddədən - dopinqdən istifadə edib.
Fevral ayının 12-də "Kasımpaşa" ilə oyundan sonra ağır zərbədən qabırğası sınan G.Gönül bir müddət müalicə alıb. ""Beşiktaş"la oyundan əvvəl isə həmin zədəli yerində ağrılar yaranmasın deyə, oyunçuya keyidici iynə vurulub.
Almaniyada aparılan araşdırmalardan sonra bəlli olub ki, həmin maddə heç də keyidici olmayıb. Əksinə, futbolçuya dopinq vurulub.
"Beşiktaş"ın həkimi Burak Kunduracıoğlu Gökhana qarşı aparılan müalicədən tam xəbərdar olduğunu bildirib. Və o, futbolçuya heç bir gücləndirici maddə vurulmadığını israr edib.
Hadisə ilə bağlı Türkiyə Futbol Federasiyasına da xəbərdar edilib. Hazırda Gökhan Gönülün dopinq qəbul edib-etməməsi üzrə ciddi araşdırmalar aparılır. Əgər bu iddia sübuta yetirilərsə, onda futbolçuya 2 illik cəza tətbiq ediləcək.
Xatırladaq ki, analoji hadisə "Qalatasaray"lı Hasan Şaşın da başına gəlib. 1998-99-cu illərdə ağır qriplə üzləşən futbolçu iynə-dərman qəbul etdikdən sonra oyuna gedib, nəticədə həmin iynə-dərmanın qrip əleyhinə deyil, dopinqə görə istifadə edildiyi öyrənilib.
Roman
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































