2024-cü ildə keçiriləcək Avropa çempionatının təşkili üçün artıq bir ölkə hərəkətə gəlib. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, qitə birinciliyi məhz bu ölkədə baş tuta bilər.
AVRO-2016-ya namizəd olan türklər 1 səs azlığı ilə Fransaya uduzmuşdular. UEFA-nın sabiq prezidenti Mişel Platini 2020-ci ildəki qitə birinciliyini 13 ölkəyə verdiyindən, Türkiyə Futbol Federasiyası (TFF) namizədlikdən son anda imtina etmişdi. Qardaş ölkə indi də AVRO-2024 üçün namizədliyini irəli sürməyə hazırlaşır. Onların əsas rəqibləri Almaniya göstərilir.
Hazırda Türkiyədə inşa edilən 28 stadiondan 13-nün Avropa standartlarına cavab verəcək olması bu ölkənin şanslarını artıran amillərdəndi. Həmin arenalarda işlər gələn il yekunlaşacaq.
TFF Avropa çempionatının final matçının İstanbul Olimpiya Stadionunda oynanılmasını planlaşdırır. Bundan başqa, oyunların "Ülker Arena", "Türk Telekom Arena" və "Vodafone Arena"dan ikisi, həmçinin hazırda Əskişəhər, Antalya, Ankara, Kayseri, Konya, Trabzon, Samsun, Bursa və Mersində inşa edilən yeni stadionlarda keçirilməsi nəzərdə tutulur. Adıçəkilən şəhərlərdə yeni stadionlar gələn il istifadəyə veriləcək.
Qeyd edək ki, AVRO-2024-ə ev sahibi olmaq istəyən ölkələr namizədliklərini gələn il verə biləcəklər. Turnirin hansı ölkədə keçiriləcəyi isə 2018-ci ildə açıqlanacaq.
Mediainfo.az
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı


















































