Rusiyanın gənclərdən ibarət yığma komandasının baş məşqçisi Nikolay Pisarev:
"Almaniya yığması əla vəziyyətdədir. Fikrimcə, bu oyun futbolçularımızın səviyyəsini yoxlamaq üçün yaxşı imkandır".
AVRO-2017-nin seçmə mərhələsi çərçivəsində öz meydanında millimizlə (2:2) bərabərə qalan Rusiya yığması bu gün qrupun lideri Almaniyanı qəbul edəcək.
Pisarev yerli mətbuata açıqlamasında budəfəki görüşün onlar üçün daha asan keçəcəyini bildirib: "Almaniya matçın favoritidi. Amma bizi maraqlı oyun gözləyir. Azərbaycanla görüşdən fərqli, almanlara qarşı oynamaq asan olacaq. Çünki Azərbaycan bütün komanda ilə müdafiə olunurdu. Belə rəqiblə oynamaq da çətin olur. Almanlarla oyunöncəsi əks-hücumların üzərində çox çalışmışıq. Çünki rəqib hücum futbolu göstərir və çox qol vurur. Bu dəfə fərqli oyun olacaq. Tapşırıqlarımız da buna uyğun olacaq. Fikrimcə, matça hazırıq".
48 yaşlı mütəxəssis yığmamızla görüşdə buraxdıqları səhvlərin üzərində çalışdıqlarını vurğulayıb: "Razıyam, Azərbaycana qalib gəlməmək ayıb idi. Bu görüşün təhlilini aparmışıq. Deməliyəm ki, bizim standart vəziyyətlər zamanı problemlərimiz olur. Qolları da belə buraxırıq. Almaniya ilə matçda bunun təkrarlanmamağına çalışacağıq. Hər kəs maksimum qüvvə ilə mübarizə aparmalıdı. Çünki bu, futbolçular üçün bir şansdı. Özlərini göstərə bilsələr, bu, gələcək karyeralarına da yaxşı mənada təsir edə bilər".
Qeyd edək ki, Rusiya – Almaniya oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Roman
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































