Macarıstanın paytaxtı Budapeştdə keçirilən Bədii gimnastika üzrə 3-cü Beynəlxalq "Bahar kuboku – 2016" turniri başa çatıb. Tədbirdə Macarıstanı təmsil edən 5 yaşlı azərbaycanlı gimnast Mina Abbasova bütün rəqiblərini geridə qoyaraq birinci pilləyə yüksəlib. Minanın ailəsi Macarıstanda yaşadığı üçün o, bu ölkəni təmsil edib.
"Bahar kuboku – 2016" turniri 2001-2011-ci illərdə doğulan oğlan və qızlar arasında keçirilib. Turnirdə ev sahibi Macarıstanla yanaşı, 17 ölkənin təmsilçiləri – o cümlədən, İtaliya, Rusiya, Çexiya, Kipr, Almaniya, Qazaxıstan, Ukrayna, İsrail, Qırğızıstan, Slovakiya, Estoniya, Bosniya-Hersoqovina, Polşa, Lüksenburq, Moldova, Bolqarıstan, İsveçrə və başqa ölkələrin təmsilçiləri iştirak edib. Güclü rəqibləri ilə mübarizədə birinci olmağı bacaran 5 yaşlı həmyerlimiz Mina Abbasova cəmi 6 aydır ki, peşəkar gimnastika ilə məşğul olsa da, yaşıdları arasında fərqlənərək, Beynəlxalq turnirə vəsiqə qazana bilib.
Qeyd edək ki, beynəlxalq yarışmada ölkəmizi laiyiqincə təmsil edərək qalib olan M. Abbasova məkdar incəsənət xadimi, tanınmış rejissor, Musiqili Teatrın direktoru Əliqismət Lalayevin nəvəsidir. Qeyd edək ki, Minanın anası yazıçı-jurnalist Əzizə Lalayeva ailə vəziyyəti ilə əlaqədar müvəqqəti olaraq Macarıstanda yaşayır.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































