Mediainfo.az xəbər verir ki, İspaniyada keçirilən qadınlardan ibarət futbol matçından sonra dəhşətli hadisə yaşanıb. Belə ki, "Cordoba" komandasının azarkeşləri "Caceres" komandasının oyunçularını xəstəxanalıq ediblər.
2:1 "Cordoba"lıların xeyrinə bitən oyundan dərhal sonra əks tərəfin azarkeşləri oyunçuların üstünə hücum ediblər. Nerea və Selena adlı futbolçu qadınlar əməlli-başlı zədə alıb. Hər ikisinin kürəyi, boynu və ayaqları yumruq-təpiklər nəticəsində zədələnib.
Nerea baş verənləri jurnalistlərə belə açıqlayıb:
"Çox qorxdum. Xeyli adam bir andaca üstümə şığıyıb məni yerə sərdilər. Kimlərsə məni xəstəxanaya çatdırıb, xatırlamıram".
Hazırda işlə bağlı istintaq başlanıb. Çox güman ki, Futbol Federasiyası "Cordoba" komandasını azarkeşlərinin amansızlığına görə cəzalandıracaq.


Banu
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə









.jpg)
















.jpg)



















.jpg)





