Beynəlxaql Futbol Federasiyası 1998 və 2010-cu illərin Dünya çempionatlarını qəbul edən ölkələrin seçimi zamanı İcraiyyə Komitəsinin bir neçə üzvünün rüşvət aldığını etiraf edib.
FİFA-nın saytında yerləşdirilən sənədlər Amerika Prokurorluğunun təkidi ilə dərc olunub.
Amerika tərəfinin ittiham aktında göstərilir ki, Karib Futbol Federasiyasının keçmiş prezidenti və FİFA-nın sabiq vitse-prezidenti Cek Uorner, İcraiyyə Komitəsinin keçmiş üzvü Çarlz Bleyzer və digərləri cinayət sövdələşməsinə girərək 2010-cu ildə Dünya Çempionatına ev sahibliyi edəcək ölkənin seçimi zamanı 10 milyon dollar rüşvət istəyiblər.
Məlumata görə, Mərakeş tərəfi Uorner və Bleyzerə öz namizədliklərinin təsdiq olunması üçün hərəyə 1 milyon dollar təklif edib. Lakin ittiham aktı Bleyzerin Cənuibi Afrika Respublikasından daha sərfəli təklif aldığını və 10 milyon dollar qazandığnıı müəyyən edib.
FİFA-da korrupsiya skandalı 2015-ci ilin mayında başlamışdı. Həmin vaxt Amerika Prokurorluğu FİFA rəhbərliyini 150 milyon dollardan artıq vəsaiti mənimsəməkdə ittiham etmişdi. (modern)
Mediainfo.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə









.jpg)
















.jpg)



















.jpg)





