Birləşmiş Millətlər Təşkilatı qurumun xoşməramlı səfiri olan rusiyalı idmançı Mariya Şarapova ilə əməkdaşlığa xitam vermək qərarına gəlib.
"BMT-nin İnkişaf Proqramı işimizə verdiyi dəstəyə görə Şarapovaya minnətdardır. Bununla yanaşı, son hadisələr fonunda biz Şarapova ilə əməkdaşlığın dayandırılması və istintaq müddətində planlaşdırılan tədbirlərin ləğvi barədə qərar qəbul etmişik", - deyə BMT-nin bəyanatında qeyd edilir.
Qeyd edək ki, M. Şarapova yoxsulluqla mübarizə və sosial qeyri-bərabərliklə bağlı tədbirlərdə iştirak edirdi. Martın 7-də məşhur tennisçinin qanında qadağan edilmiş preparat – meldonium aşkarlanıb. "Porshce", İsveçrə saat firması TAG Heuer və NİKE kimi məşhur brendlər də tennisçi ilə əməkdaşlığı dayandırıblar.
Aqil M.
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə









.jpg)
















.jpg)



















.jpg)





