AFFA-nın tərkibində yeni qurum yaradılıb.
"Qafqazinfo" xəbər verir ki, yeni qurum Mübahisələrin Həlli Palatası adlanır. Məsələ ilə bağlı jurnalistlərə məlumatı İcraiyyə Komitəsinin üzvü Mahir Məmmədov verib.
O bildirib ki, AFFA-nın bu gün keçirilən Hesabat-Seçki Konfransından sonra baş tutan İcraiyyə Komitəsində bu haqda qərar rəsmiləşib:
"Mübahisələrin Həlli Palatası yaradılıb. Biz hansı səviyyədə olduğunu müəyyən etmək üçün cərimələrlə bağlı rəqəmlərə baxdıq. Bütün sənədlərdə bu öz əksini tapacaq".
Əsas məqsədin inkişafı daha da sürətləndirmək olduğunu qeyd edən Məmmədov bu il Bakıda olacaq 17 yaşadək futbolçular arasında Avropa birinciliyinə ciddi hazırlıq getdiyini və futbolçularımızın yarışa inamla hazırlaşdığını diqqətə çatdırıb: "Maraqlı bir dövrə qədəm qoyuruq. Azərbaycan 2020-ci ildə Avropa çempionatının ev sahiblərindən biri kimi seçilib. Burada təmsil olunmaq istəyirik. Buna yüksək səviyyədə hazırlaşmalıyıq və ümid edirik ki, millimiz bu yarışlarda iştirak edəcək".
Mediainfo.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə









.jpg)
















.jpg)



















.jpg)





