Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Qol.Az-ın verdiyi məlumata görə, tədbirdə Topaz Premyer Liqanın 23-cü turunda baş verən qayda pozuntuları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub.
Topaz Premyer Liqanın 23-cü turunun "Kəpəz" – "Sumqayıt" matçında "Sumqayıt" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə edilib.
Topaz Premyer Liqanın 23-cü turunun AZAL – "Rəvan" matçının 51-ci dəqiqəsində AZAL klubunun 4 nömrəli futbolçusu Qvanzav Maqomedov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimələnib.
Topaz Premyer Liqanın 23-cü turunun "Zirə" – "Neftçi" matçında "Zirə" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Oyunun 43-cü dəqiqəsində "Neftçi" klubunun 10 nömrəli futbolçusu Cavid İmamverdiyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimələnib. Oynunun 1-ci hissəsi başa çatdıqdan sonra "Neftçi" klubunun məşqçisi Dimitri Kramarenko qaydaları pozduğuna görə texniki zonadan kənarlaşdırılıb. Bu səbəbdən məşqçi 1 oyun cəzalanıb, klub 1000 manat cərimə olunub.
Topaz Premyer Liqasının XXIII turunun "İnter" – "Qarabağ" matçında "İnter" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimələnib.
Mediainfo.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə









.jpg)
















.jpg)



















.jpg)





