İtaliyanın "Milan" klubunun futbolçusu MBaye Nyanq avtomobil qəzasına düşüb. "Report"un "La Gazzetta dello Sport"a istinadən verdiyi məlumata görə, hadisə fevralın 28-nə keçən gecə baş verib.
21 yaşlı forvard çiyin və ayaq nahiyəsindən xəsarət alıb. Bundan başqa futbolçunun içkili olub-olmamağı da yoxlanılıb. Nəticədə Nyanqın içkili olmadığı ortaya çıxıb. Futbolçunun 2 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir.
Fransalı hücumçu sosial şəbəkədəki şəxsi hesabında vəziyyətinin normal olduğunu, lakin mövsüm sonunadək oynaya bilməyəcəyini yazıb: "Bildirmək istəyirəm ki, mənim və sürücümün vəziyyəti normaldır. Təkər kiçik gölməçədə sürüşdüyü üçün avtomobilə idarəetmə itdi. Mövsümün sonunda "Milan"da oynamağa hazır olacağam".
Qeyd edək ki, bu MBaye Nyanqın üzləşdiyi ilk avtomobil qəzası deyil. Futbolçu 2014-cü ildə "Monpelye"də çıxış edərkən "Ferrari" avtomobili ilə klub bazasının yaxınlığında ağaca çırpılıb. Daha sonra məhkəmə Nyanqı sürət həddini aşma, hüququ olmadan avtomobil idarə etmə, piyadaların həyatına təhlükə yaratma, işıqforun qırmızı işığında keçmə maddələri ilə 18 ay azadlıqdan şərti məhrum etmə, 170 saat icbari iş və 700 avro cərimə ödəməklə bağlı qərar qəbul edib.
Mediainfo.az
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































