Bu gün Səbail rayon Məhkəməsində futbolçu Cavid Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Elmar Rəhimovun sədrlik etdiyi iclasda dövlət ittihamçısının dəyişdirildiyi elan olunub.
Bildirilib ki, bundan sonra dövlət ittihamını prokuror Eldar Balakişiyev müdafiə edəcək.
Bundan sonra prosesdə Cavid Hüseynov prokurorun və vəkil Adəm Məmmədovun suallarını cavablandırıb. Cavid Hüseynov özünü təqsirli bilmədiyini deyib.
Prosesdə Rasim Əliyevin ölümündə təqsirləndirilən Elşən İsmayılov şahid qismində ifadə verib. E. İsmayılov bildirib ki, Rasim Əliyev ona söyüb və məlum görüşə də onu mərhum özü çağırıb: "Görüşəndə ona dedim ki, niyə mənə söyüş söydün, Rasim bu zaman "yaxşı eləmişəm", dedi. Bundan sonra dalaşdıq. Halbuki məni görüşə çay içmək adı ilə çağırmışdı. Özü şərait yaradı, yoxsa vurmazdım, üzr istəsə geri qayıdacaqdım".
E. İsmayılov onu da deyib ki, Rasimlə görüşə getməsindən Cavidin xəbəri olmayıb.
Daha sonra vəkil Adəm Məmmədov şahidlərin prosesə gəlmədiklərini bildirib, məhkəmənin onların barəsində tədbir görməsi üçün vəsatət verib.
Məhkəmə vəsatəti təmin etməyib. Şahidlərə yenidən çağırış vərəqələri göndəriləcəyi elan olunub.
Proses martın 11-də davam etdiriləcək.
Xatırladaq ki, Cavid Hüseynov jurnalist Rasim Əliyevin ölümü ilə bağlı təqsirləndirilir.
Rasim Əliyevin 8 avqust 2015-ci il tarixdə Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək vəfat etməsi faktına görə Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 177.1-ci (oğurluq) maddələri ilə Bakı şəhər prokurorluğunda istintaqı aparılmış cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hazırda məhkəmə davam etdirilir.
Həmin cinayət işinin materiallarından Cavid Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanması və törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair hissə ayrıca icraata ayrılıb.
İsa
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



















.jpg)

.jpg)

































