“Qarabağ”ın stadionundan oğurluq

“Qarabağ”ın stadionundan oğurluq

"Qarabağ" - "Neftçi" oyunundan sonra bakılıların azarkeşləri üzərinə "İmarət" yazılan banneri "Azərsun Arena"dan oğurlayaraq cırıblar.

"Qafqazinfo" xəbər verir ki, bu hərəkəti edənlərin "Neftçimaniya" azarkeş qrupunun üzvləri olduğu bildirilir. Həmin şəxslər oyundan sonra stadionda təmizlik işləri aparılan zaman meydançaya daxil olub və tribunanın önündən asılmış banneri söküblər. Arenada təhlükəsizlik kameraları vasitəsiylə onların kimliyi müəyyənləşdirilib və dərhal həmin şəxlər tapılıb.

Banneri geri qaytaran şəxslər "Qarabağ" rəhbərliyindən üzrxahlıq etdikləri üçün polisə müraciət olunmayıb. Məsələylə bağlı "Futbol+"ə danışan klubun baş direktoru Əmrah Çəlikəl faktı təsdiqləyib: "Staidonda "İmarət" adlı tribunanın önündə banner var. Həmin şəxslər banneri cırıb aparmışdılar. "Neftçi" də, "Qarabağ" da bizim klubdu. Ona görə kimlərisə futbola görə incitməyin yeri yoxdu.

Onların gördükləri işə heç cür haqq qazandırmaq olmaz. Kameralar vasitəsiylə banneri aparanların şəxsiyyətini müəyyənləşdirdik. Bunu "İmarət" fanklubuyla aralarındakı problemə görə etdiklərini bildirdilər. Kluba vurduqları ziyana görə peşmançılıq hissi keçirdiklərini etiraf etdilər. Humanistlik olmalıdı. Rəsmi orqanlar vasitəsiylə hansısa tədbir görməyi lazım bilmədik".

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az