Moskvada yaşayan azərbaycanlıların yaratdığı və həvəskar liqada çıxış edən "Qarabağ Moskva" futzal klubunu ermənilər almaq istəyir.
Virtualaz.org xəbər verir ki, bu haqda haber61.net adlı türk portalı məlumat yayıb. Klub son zamanlar maddi baxımdan ciddi sıxıntılarla üzləşib və ermənilər futzal çempionatında bir sıra uğurlar qazanan klubun onlara satılması üçün oyunçulara, habelə klub rəhbərliyinə təzyiq edirlər.
Xəbərdə deyilir ki, maddi sıxıntılar üzündən klubun oyunçuları səfər oyunlarına öz hesablarına gedirlər. Klubun oyunçusu və eyni zamanda məşqçisi olan Elnur Vəliyev deyir ki, ermənilərin Moskvadakı "Artsax" futzal komandası klubu almaq istəyir. "Lakin oyunçularımız bu təklifi qəti rədd edirlər. Əgər bizə maddi dəstək verən olsaydı Azərbaycan bayrağını böyük liqada dalğalandıra bilərdik. Azərbaycandan fərqli olaraq ermənilərin bu kluba maraq göstərməsi bizi məyus edir", - o deyib.
E.Vəliyev kluba dəstək vermək istəyənlərin olmadığını, Azərbaycanla yanaşı türklərdən də dəstək gözlədilklərini deyib.
mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



















.jpg)

.jpg)

































