UEFA yarımmüdafiəçi Dmitri Tarasovun geyindiyi formaya görə Rusiyanın `Lokomativ` klubunu cəzalandıracaq.
AzVision.az ` Associated Press`-ə istinadən xəbər verir ki, onun köynəyinin üzərində Rusiya prezidenti Vladimir Putinin şəkli əks olunub.
Tarasov ötən gün İstanbulda `Fənərbağça` klubu ilə keçirilən oyundan sonra futbol formasını əynindən çıxarıb. Onun futbol geyiminin altında Putinin portreti və `Ən nəzakətli prezident` yazısı qeyd olunub.
Futbolçu bu hərəkətini ölkə başçısına dəstəyini ifadə etmək üçün etdiyini bildirib: "Bu, mənim prezidentimdir. Mən ona hörmət edirəm və onu hər yerdə dəstəkləməyə hazıram".
Qeyd edək ki, UEFA futbol oyunları zamanı siyasi aksiyaların keçirilməsini qadağan edib.
Ötən gün UEFA Avropa Liqasında 1/16 final mərhələsinin oyunlarına start verilib.
İlk oyun günündə "Fənərbağça" "Lokomotiv"i (Moskva) qəbul edib. Oyunun 18-ci dəqiqəsində "Fənərbaxça" təmsilçisi Souza oyunda hesabı açıb. İlk hissə türklərin üstünlüyü ilə başa çatıb. İkinci hissə də Türkiyə təmsilçisinin üstünlüyü ilə keçib. 72-ci dəqiqədə Souza türkləri ikinci dəfə sevindirib. Bu, matçda sonuncu qol olub. Qalmaqallı görüş Türkiyə klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Mediainfo.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə









.jpg)
















.jpg)



















.jpg)





