Topaz Premyer Liqasında idarəçilik edən daha 3 hakim cəzalandırılıb. Orxan Məmmədovun ardınca, Fariz Yusifov, Rauf Cabbarov və Əliyar Ağayev də Hakimlər Komitəsinin (HK) cəzasına məruz qalıb.
Buna həmin referilərin XIX turun görüşlərində səhvlər buraxması səbəb olub. Konkret olaraq, HK Fariz Yusifovun "Kəpəz" – "Qəbələ" (3:0), Rauf Cabbarovun "Zirə" – "İnter" (2:1), Əliyar Ağayevin isə "Neftçi" – "Sumqayıt" (1:0) görüşündəki idarəçiliyindən razı qalmayıb.
Yusifov, Cabbarov, eləcə də Ağayevin XX və XXI, yəni son 2 turda təyinat almamağı məhz bununla əlaqədardı. Ən azı 3 turluq cəzalandırılan hakimlər XXII turda da Premyer Liqada idarəçilik etməyəcəklər.
İkisi FİFA referisi olmaqla, ümumilikdə 4 nəfərin cəzalandırılması gənc hakimlərin "işinə yarayıb". Məsələ burasındadı ki, çempionatın ilk 2 dövrəsində cəmi 9 oyun idarə edən Ömər Paşayev son 3 turda ardıcıl təyinat alıb.
I və II dövrələrdə, ümumilikdə 6 dəfə meydana çıxan İnqilab Məmmədov XX turda "Qarabağ" – "Xəzər Lənkəran" matçında ədaləti qoruyub, bu gün isə eyni missiyanı "Zirə" – "Rəvan" qarşılaşmasında yerinə yetirəcək.
Eyni sözləri Rəvan Həmzəzadəyə aid etmək olar. Gənc hakim çempionatın birinci yarısında cəmi 4 dəfə təyinat alsa da, son 2 turun üzdə olan simasıdı. Təsadüfi deyil ki, Həmzəzadə XX turda "Kəpəz" – AZAL, XXI turda isə "Qəbələ" – "Sumqayıt" matçlarını idarə edib.
Qeyd edək ki, Topaz Premyer Liqasının cari mövsümündə hələlik ən çox (19) oyun idarə edən hakim Rəhim Həsənovdur.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



















.jpg)

.jpg)

































