Belarusun paytaxtı Minskdə Sovet İttifaqı qəhrəmanı Viktor Leventsevin xatirəsinə həsr olunan beynəlxalq turnirə yekun vurulub. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi yarışda 3 boksçu ilə təmsil olunub.
52 kq çəki dərəcəsində Məsud Yusifzadə moldovalı Aleksandr Rıskan və türkmənistanlı Bayramxan Permanovu məğlub edərək, filana vəsiqə qazanıb. Həmyerlimiz həlledici görüşdə Tunis təmsilçisi Montassan Əl Banalidən üstün olaraq, yarışın baş mükafatına layiq görülüb.
Bu dəfə fərqli çəkidə (64 kq) mübarizə aparan Elvin İsayev ilk mərhələdə moldovalı Vladislav Çuqui üzərində qələbə qazansa da, ikinci görüşdə qazaxıstanlı Ayan Kolibekova uduzub.
Cavid Quliyev isə (69 kq) ilk qarşılaşmada rusiyalı Hacımurat Mikailova məğlub olaraq, yarışdan kənarda qalıb.
Qeyd edək ki, turnirdə ölkəmizi hakim kimi Emil Qurbanəliyev təmsil edib.
Mediainfo.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə









.jpg)
















.jpg)



















.jpg)





