Cüdo üzrə Azərbaycan millisi həftəsonu daha bir yarışa qatılacaq.
Bütün turnirlərdə iştirak edən yığmamız bu dəfə Avstriyanın Obervart şəhərində keçiriləcək açıq Avropa çempionatında mübarizə aparacaq.
Komandamızın baş məşqçisi burada əsasən ehtiyat qüvvəyə güvənəcək. Belə ki, 21 nəfərlik heyətdə millinin əsas heyətindən yalnız Uşanqi Kokauri (+100 kq) yer alıb. Onunla yanaşı, Vüqar Şirinli, Elbrus Zamanov, Oruc Vəlizadə, Davud Məmmədsoy (hamısı 60 kq), Hidayət Heydərov, Telman Vəliyev, Rəşad Rufullayev, Turan Seyidov (hamısı 66 kq), Fəqan Quluzadə, İsmayıl Piriyev, Vüqar Bayramov (hər üçü 73 kq), Əbdulhaqq Rəsullu, Rüstəm Alimli, Ziya Namazov, Elvin Əhmədli (hamısı 81 kq), Məhəmmədəli Mehdiyev, Ramin Qurbanov, Tural Səfquliyev, Şahin Qəhrəmanov (hamısı 90 kq) və Cəlil Şükürov (100 kq) tatamiyə çıxacaq.
Fevralın 13-14-də təşkil olunacaq yarışda isə ümumilikdə 52 ölkədən 301 cüdoçu iştirak edəcək. Maraqlıdı ki, yarış üçün cəmi 5 qadın idmançı sifariş edilib.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



















.jpg)

.jpg)

































