2016-cı il üçün Azərbaycanın FİFA hakimlərinin siyahısı təsdiqlənib. Apasport.az saytının məlumatına görə, ölkəmizi beynəlxalq oyunlarda təmsil edəcək ədalət təmsilçilərinin adları artıq FİFA tərəfindən də təsdiqlənərək, AFFA-ya müsbət cavab göndərilib.
Ötən il olduğu kimi yenə siyahıda 22 azərbaycanlı ədalət təmsilçisi yer alıb. 1 il əvvəl FİFA-nın təsdiqlədiyi siyahı ilə müqayisədə yeganə dəyişiklik futzalla bağlıdı. 2014-cü ilin dekabrındakı siyahıda Xəlil Hüseynli yer almışdısa, az sonra qəzada ölən referini Fərid İslamov əvəzləyib.
Ümumilikdə isə siyahıda 3 FİFA referisi, 6 assistenti, 4 futzal, 3 çimərlik futbolu hakimi, qadınlarda isə 2 referi və 4 laysman yer alıb.
Referi: Əliyar Ağayev, Rəhim Həsənov, Orxan Məmmədov
Referi köməkçisi: Yaşar Abbasov, Zeynal Zeynalov, Namiq Hüseynov, Mübariz Haşimov, Vaqif Musayev, Rza Məmmədov
Futzal üzrə FIFA referisi: Elçin Səmədli, Yusif Nurullayev, Ramil Namazov, Fərid İslamov
Çimərlik futbolu üzrə FIFA referiləri: Əfqan Həmzəyev, İnqilab Məmmədov, Sədaqət Vəliyeva
Qadın FIFA referiləri: Səbayel Qurbanova, Yuliya Qurbanova
Qadın FIFA referi köməkçiləri: Gülyana Güvəndiyeva, Xəyalə Əzizzadə, Aybəniz Əsgərzadə, Lamiyyə Sadıqova.
Mediainfo.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə



.jpg)










.jpg)
















.jpg)



















.jpg)
