UEFA prezidenti Mişel Platini və ona qanunsuz şəkildə 2 milyon İsveçrə frankı verməkdə ittiham olunan FİFA rəhbəri Yozef Blatter 8 illik futboldan kənarlaşdırılıb. FİFA-nın Etika Komitəsinin Arbitraj Palatası onların hər hansı futbol sahəsi ilə məşğul olmasına qadağa qoyub.
Bu gün keçirilən iclasda qəbul olunan qərar son vaxtlar FİFA və UEFA ətrafında hallanan hadisələrin davamı olub. Belə ki, sentyabrın 25-də İsveçrənin Federal Ədliyyə Bürosu Blatterin 2011-ci ildə Platiniyə qanunsuz şəkildə pul verməsi ilə bağlı iş açıb. Oktyabrın əvvəlində FİFA-nın Etika Komitəsi hər iki qurum prezidentini 90 günlük futbol sahəsindən kənarlaşdırmışdı. Noyabrın 23-də qurumun Arbitraj Palatası onlara qarşı yeni iş açmışdı.
Qeyd edək ki, 1998-ci ildən FİFA prezidenti olan Yozef Blatter mayın 29-da yenidən bu posta seçilsə də, iyunun 2-də korrupsiya qalmaqalı ilə əlaqədar postundan gedəcəyini açıqlamışdı. Növbəti seçkilər isə gələn ilin fevralında baş tutacaq.
Mediainfo.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə



.jpg)










.jpg)
















.jpg)



















.jpg)
