"İldən-ilə medallarımızın sayı artır və bu il də belə oldu". "Qafqazinfo" apasport.az-a istinadən xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov deyib.
Bu gün Azərbaycan Milli Olimpiya Komitəsində "Olimpiya Hərəkatı"na həsr olunmuş mətbuat konfransı keçirilib.
Konfransda iştirak edən nazir idmançılarımızın 2015-ci ili yüksək səviyyədə keçirdiklərini söyləyib: "2015-ci il Azərbaycan idmanı üçün əlamətdar il oldu. Ölkəmiz Avropa Oyunlarını ilk dəfə təşkil etməklə tarixə düşdü. Bu il həm də medal sayı baxımından uğurlu alındı. Olimpiya və qeyri-olimpiya idman növləri üzrə il ərzində idmançılarımız 820-dən çox medal qazanıblar. Bu isə ötən ilkindən yüksək göstəricidir".
Qeyd edək ki, Azərbaycan idmançıları 2014-cü ildə beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında ümumilikdə 805 medal qazanmışdılar.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır





















.jpg)

.jpg)































