ABŞ-ın Hyuston şəhərində ağırlıqqaldırma üzrə keçirilən dünya çempionatında dopinq testdə "ilişən" idmançıların siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, analizi müsbət cavab verən 4 atletdən biri Azərbaycan yığmasının üzvüdür.
Belə ki, apreldə 2 illik diskvalifikasiya müddəti başa çatan milliləşdirilən legioner Silviya Angelovanın orqanizmində yenidən istifadəsi qadağan olunan dərman preparatı aşkar olunub. Bolqarıstan əsilli, 33 yaşlı atletin B testi müsbət nəticələndiyindən A testindən keçmək məcburiyyətindədir. Əgər bu sübuta yetirilərsə, 48 kq çəki dərəcəsində yığmamızın şərəfini qoruyan Silviya ömürlük cəzalandırıla bilər.
Qeyd edək ki, noyabrın 20-28-də ABŞ-da keçirilən mundialda Angelova cəmi 5 rəqibini qabaqlayaraq, 34-cü olmuşdu və komandamızın aktivinə xal yazdıra bilməmişdi.
Həmçinin, Avro-2012-də bürünc və Avro-2013-də gümüş medal qazanan idmançının qanında turinabol tapıldığından nəticələri ləğv edilmişdi. Məhz həmin vaxt o 2 illik cəzalanmışdı.
Mediainfo.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə



.jpg)










.jpg)
















.jpg)



















.jpg)
