İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda söküntü işlərinə başlanılıb. Apasport.az saytı xəbər verir ki, söküntü işi "Neftçi" klubunun istəyi ilə həyata keçirilir.
Belə ki, orda baza tikməyi qərarlaşdıran "ağ-qaralar" bu yöndə fəaliyyətə başlayıblar.
Klubun mətbuat xidmətinin rəhbəri Mehman Rəsulov əməkdaşımızla söhbətində bildirib ki, söküntü işi tam bitdikdən sonra rəhbərlik əraziyə baxış keçirəcək: "Bəli, İsmət Qayıbov adına stadionda hazırda iş gedir. Söküntü işi klubumuzun istəyi ilə başlanılıb.
Biz əvvəldən də demişdik ki, orda baza tikiləcək. Söküntü işi də məhz bununla əlaqədardı. Bu proses başa çatdıqdan sonra əraziyə baxılacaq. Ondan sonra isə layihəyə əsasən, bazanın tikintisinə başlanılacaq. Tikinti işlərinin konkret nə vaxt başlanılacağı ilə bağlı hələlik heç nə deyə bilmərəm".
Qeyd edək ki, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu "Neftçi"yə məxsusdu.
Mediainfo.az
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb

















































