Azərbaycanın bir qrup qeyri-idman yazarı olan jurnalisti Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda Belçikada baş tutacaq "Anderlext" – "Qarabağ" oyununda iştirak etmək üçün bu ölkəyə yollanır. "Qafqazinfo" xəbər verir ki, media mənsubları dekabrın 8-də Brüsselə səfər edəcək.
Oyundan əvvəl jurnalistlər klubun baş məşqçisi Qurban Qurbanovla və komandanın üzvləri ilə görüşəcək, onlara mənəvi dəstək olmağa çalışacaqlar. Eyni zamanda azərbaycanlı jurnalistlərin Belçikada avropalı həmkarları, səfirlik və diaspora nümayəndələri ilə görüşləri də nəzərdə tutulub. Həmin görüşlərdə Qarabağ haqqında məlumatlar görüş iştirakçılarına çatdırılacaq. Jurnalistlər özləri ilə Azərbaycan həqiqətlərini özlərində əks etdirən əyani vəsaitlər də aparacaqlar. Belçikadan olan jurnalsitlərlə Azərbaycan KİV təmsilçiləri arasında informasiya mübadiləsi ilə bağlı əməkdaşlıq əlaqələri müzakirə olunacaq.
Qeyd edək ki, "Qarabağ" klubunun Avroliqa çərçivəsində keçirdiyi səfər oyunlarında qeyri-idman sahəsində çalışan Azərbaycan jurnalistlərinin qrup halında iştirakı ənənəyə çevirilməkdədir. Ötən il ilk səfər Kiyevə təşkil olunmuşdu. Bu səfərlərin təşkilatçısı jurnalistlər özləri olsa da, layihəyə maddi dəstək "Azərsun Holding" tərəfindən həyata keçirilir.
Mediainfo.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə







.jpg)










.jpg)
















.jpg)

















