Britaniyalı boksçu Tayson Füri ukraynalı Bladimir Kliçkonu məğlub edərək İBF, İBO, WBO və WBA versiyaları üzrə dünya çempionu tituluna sahib çıxıb. Döyüş noyabrın 29-da gecə Düsseldorfda keçirilib.
Britaniyalı rəqibinə xal hesabı ilə qalib gəlib. 12 raundun yekununda hakimlər üstünlüyü T. Füriyə veriblər. Hakimlərin rəyi belə olub: 115-112, 115-112, 116-111 T. Fürinin xeyrinə.
39 yaşlı Kliçko ilə 27 yaşlı Füri arasında görüş oktyabrın 24-ə planlaşdırılsa da, ukraynalının zədələnməsi səbəbindən döyüşün vaxtı dəyişdirilmişdi.
V. Kliçko T. Fürinin üstün olduğunu qeyd edərək, revanş matçına ümid etdiyini bildirib. Ukraynalı döyüşçünün hesabında 68 döyüşdə 64 qələbə (53-ü nokautla) var. Füri isə indiyədək keçirdiyi 25 qarşılaşmanın hamısında qalib gəlib (18-i nokautla).
Mediainfo.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə






.jpg)










.jpg)
















.jpg)


















