Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində V turun oyunları keçiriləcək. Təmsilçilərimiz "Qarabağ" və "Qəbələ" növbəti oyunlarına çıxacaqlar.
Ağdamlıların rəqibi İngiltərə təmsilçisi "Tottenhem" olacaq. Qurban Qurbanovun yetirmələri bu oyunda xal itirəcəyi təqdirdə qrupdan çıxmaq şanslarını itirə bilər. Qrupun digər oyununda "Monako" qalib gələcəyi halda, hər hansı büdrəmə "köhlən atlar" üçün yolun sonu olacaq. "Qarabağ" heyətində bir neçə zədəli futbolçusu olmasına baxmayaraq doğma meydan amilinə və azarkeş dəstəyinə güvənərək qələbə qazanmaq əzmindədir.
Səfərdə PAOK-la qarşılaşacaq bürünc mükafatçımız "Qəbələ" tarixində ilk səfər qələbəsini qazanmalıdır. Çünki, 1/16 şansları çox az olan Roman Qriqorçukun yetirmələri bunu bacarmasa, növbəti mərhələ arzularından erkən əl çəkməli olacaq. Ancaq qrupdakı vəziyyətdə hər şey təmsilçimizin əlində deyil. İşlərin plana uyğun getməsi üçün "Borussiya"nın səfərdə "Krasnodar"ı məğlub etməsi də lazımdı. Ancaq bu halda "qırmızı-qaralar"ın taleyi öz əlində olacaq. Belə ki, hər iki oyunda qonaqlar qələbə qazansa, qrup ikincisi Bakıdakı həlledici qarşılaşmada bəlli olacaq.
UEFA Avropa Liqası, qrup mərhələsi
V tur
26 noyabr
J qrupu
22:00. "Qarabağ" (Azərbaycan) - "Tottenhem" (İngiltərə)
Tofiq Bəhramov adına Respublika stadionu
|
1 |
Tottenhem |
4 |
2 |
1 |
1 |
7-5 |
7 |
|
2 |
Monako |
4 |
1 |
3 |
0 |
4-3 |
6 |
|
3 |
Qarabağ |
4 |
1 |
1 |
2 |
3-5 |
4 |
|
4 |
Anderlext |
4 |
1 |
1 |
2 |
4-5 |
4 |
C qrupu
00:05. PAOK (Yunanıstan) – "Qəbələ" (Azərbaycan)
Saloniki. "Tumba" stadionu
|
1 |
Borussiya D |
4 |
3 |
1 |
0 |
10-3 |
10 |
|
2 |
Krasnodar |
4 |
2 |
1 |
1 |
5-4 |
7 |
|
3 |
PAOK |
4 |
0 |
3 |
1 |
2-3 |
3 |
|
4 |
Qəbələ |
4 |
0 |
1 |
3 |
2-9 |
1 |
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır






















.jpg)

.jpg)






























