Bakı Metropoliteni cümə axşamı gecə saat 01:00-a qədər işləyəcək.
Bu barədə "Bakı Metropoliten"i QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib. Onun sözlərinə görə, "Qarabağ" klubu bununla bağlı quruma müraciət ünvanlayıb. Metropoliten rəhbərliyi klubun bu müraciətini müsbət cavablayıb.
Nəsimi Paşayev ehtiyac olacağı təqdirdə bu müddətin daha da uzadıla biləcəyini qeyd edib.
Qeyd edək ki, noyabrın 26-da, saat 22:00-da Ağdamın "Qarabağ" klubu Avropa Liqasının qrup mərhələsində son ev oyununu keçirəcək. "Qarabağ"ın rəqibi Londonun "Totenhem" klubudur.
Mediainfo.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə







.jpg)










.jpg)
















.jpg)

















