"Real"ın prezidenti Florentino Peres klubdakı vəziyyət barədə açıqlama verib. Teleqraf.com xəbər verir ki, bu barədə "Real Madrid Info" məlumat yayıb. Peres klubdaxili müşavirədən sonra mətbuat qarşısında çıxış edərək baş məşqçi Rafael Benitesə tam dəstək verdiklərini, onun vəzifəsində qalacağını bildirib: "Yanvardan başlayaraq komanda tədricən zəifləyirdi. Biz problemlərin həlli üçün Benitesi seçdik. Amma hər şeyi bir gecədə düzəltmək olmaz. Direktorlar şurasının heç bir üzvü Benitesin göndərilməsi haqqında məsələni müzakirəyə çıxarmadı. Biz Benitesə etibar edirik və ona işləmək üçün vaxt verməliyik. Komandanın kapitanlarından heç biri məşqçinin dəyişdirilməsini xahiş etməyib. Kriştiano bununla bağlı nəsə deməyib. O bildirməyib ki, Beniteslə onun arasında seçim etməliyik. Bəziləri düşünürlər ki, "Real" mənsiz daha yaxşı olardı. Mən bununla razılaşa bilmərəm. Çox fikirlər məni əsəbiləşdirir, xüsusilə Ronaldonu satmaq üçün başqa klublarla danışıqlar apardığım deyilir. Bu açıqlamadan sonra da kimlərsə yenə direktorlar şurası və oyunçuların Benitesi "Real"da görmək istəmədiyi haqda düşünməyə davam edəcəklər. Amma mən bildirirəm ki, bütün bunlar yalandı". Qeyd edək ki, son "El Klasssiko"dan sonra baş məşqçi Rafael Benitesin klubdan göndəriləcəyi barədə xəbərlər yayılmışdı.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır






















.jpg)

.jpg)






























