Avstraliyanın Vullonqonq şəhərində cüdo üzrə Okeaniya kubokuna start verilib. Yarışın ilk günü Azərbaycan millisi üçün uğurlu alınıb.
Belə ki, 48 kq çəki dərəcəsində tatamiyə çıxan Ayşə Qurbanlı finala kimi məğlubiyyətsiz irəliləyib. Honkonq, ABŞ və İndoneziya idmançılarına qalib gələn həmyerlimiz həlledici görüşdə də amerikalı cüdoçu ilə üz-üzə gəlib. Təəssüf ki, Qurbanlı Ketilin Boysla döyüşdə qələbə seriyasını davam etdirə bilməyib və gümüş medalla kifayətlənib.
Yığmamıza digər medalları Oruc Vəlizadə (60 kq) və Fəqan Quluzadə (73 kq) qazandırıblar. Onlar "yaşıl ada"da fəxri kürsünün üçüncü pilləsinə qalxıblar.
Okeaniya kuboku uğrunda mübarizə aparan daha bir xanım cüdoçumuz Xanım Hüseynova (63 kq) bürünc medal uğrunda görüşdə lüksemburqlu Teylor Kinqə uduzaraq, 5-ci yeri tutub.
Onlardan fərqli, İsmayıl Piriyevlə (73 kq) Tərlan Kərimovun (66 kq) çıxışı isə uğursuz alınıb. Qeyd edək ki, sabah Avstraliyada daha 5 cüdoçumuz mübarizəyə qoşulacaq.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır






















.jpg)

.jpg)






























