Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması AVRO-2017-nin seçmə qrup mərhələsi çərçivəsində Almaniya ilə qarşılaşacaq. Qarşılaşma Almaniyanın Reqensburq şəhərindəki "Kontinental Arena"da keçiriləcək.
Bolqarıstanlı Svetan Krastevin idarə edəcəyi oyun Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Azərbaycan millisi 7-ci qrupda keçirdiyi 5 oyundan yalnız 1-də qələbə qazanıb. Qalan 4 görüşdə isə komanda meydanı məğlubiyyətlə tərk edib. Hazırda Rusiya və Azərbaycan milliləri hərəyə 3 xalla 4-5-ci yerləri bölüşdürürlər. İlk "3-lük"də isə hərəyə 9 xalla Almaniya, Avstriya və Finlandiya qərarlaşıb.
AVRO-2017, 7-ci qrup.
21:00. Almaniya - Azərbaycan
Baş hakim: Svetan Krastev
Baş hakimin köməkçiləri: İvan Valçev, Krum Stoylov
Dördüncü hakim: Stanislav Todorov (hamısı Bolqarıstan)
Reqensburq. "Kontinental Arena"
Qeyd edək ki, U-21 bu il sonuncu oyununu noyabrın 17-də Rusiyaya qarşı keçirəcək. "Bayıl Arena"da baş tutacaq görüşün start fiti saat 17:00-da səslənəcək.
Mediainfo.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə







.jpg)










.jpg)
















.jpg)

















