Moldova yığmasının Azərbaycan millisi ilə yoldaşlıq görüşü üçün yekun heyəti açıqlanıb. Apasport.az saytının məlumata görə, moldovalılar ölkəmizə 19 futbolçu ilə gələcək.
Baş məşqçi Ştefan Stoyka bir neçə gün əvvəl açıqladığı 24 futbolçudan ibarət siyahıdan 5 oyunçunu kənarlaşdırıb. Bunlar müdafiəçi Vadim Boloxan ("Milsami"), yarımmüdafiəçilər Vadim Ratsa ("Zarya"), hücumçular Nikolay Milinçanu ("Petrolul", Rumıniya), Radu Qınsar ("Şerif") və Georgi Boqyudu ("Zarya").
Sonuncu Azərbaycan futboluna yaxşı tanışdı. Belə ki, "Zarya"nın hücumçusu 2011/12 mövsümündə ölkəmizdə AZAL klubunun formasını geyinib. Lakin ona yenidən ölkəmizə gəlmək nəsib olmayacaq.
Qapıçılar: İlie Çebanu ("Mordovya", Rusiya), Aleksey Koşelev ("Şerif"), Artyom Qaydukeviç ("Daçiya")
Müdafiəçilər: İqor Armaş ("Kuban", Rusiya), Viktor Qolovatenko ("Sibir", Rusiya), Ketelin Karp ("Styaua", Rumıniya), Vitali Bordiyan ("Helios", Ukrayna), Ştefan Burqiyu, Yon Jardan (hər ikisi "Zimbru"), Simeon Bulqaru ("Daçiya"), Maksim Potırnike ("Şerif")
Yarımmüdafiəçilər: Aleksandr Dedov ("Tırqu-Mureş", Rumıniya), Aleksandr Antonyuk, Andrey Kojokar (hər ikisi "Milsami"), Yevgeni Koçuk ("Daçiya"), Aleksandr Vremya ("Zimbru"), Aleksandr Onika ( "Zarya")
Hücumçular: Vadim Ambros ("Petrokub-Xınçeşti"), Sergey İstrati ("Saksan")
Qeyd edək ki, Azərbaycan – Moldova oyunu noyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır






















.jpg)

.jpg)






























