Xəbər verdiyimiz kimi Azərbaycan Dövlət Aqrar Universitetinin Aqronomluq fakültəsində 9 noyabr Dövlət Bayrağı günü və Konstitusiya günü münasibəti ilə geniş tədbir keçirilib. Tədbirdə ilk olaraq Azərbaycanın Dövlət Himni səsləndirilib.
ADAU-nun mətbuat xidmətindən verilən xəbərə görə tədbiri giriş sözu ilə fakültə dekanı dosent Məhərrəm İsmayılov açıb. Tələbələrdən Günel Şərifzadə, Ülkər Həsənova, Nurlana Əslibəyova, Səkinə Baxışzadə dövlətçilik ruhlu şerlərdən parçalar səsləndirib. Tədbir fakültənin birinci kurs tələbələri arasında 6 komanda arasında keçirilən intelektual yarışla davam edib.
Tələbələrin siyasi dünya görüşünə, dövlət atributlarına aid suallar maraqla dinlənilib, dolğun cavablar isə iştirakçılar tərəfindən alqışlarla qarşılanıb. Yarışda ekologiya komandası 1-ci yeri, torpaqşünaslıq komandası isə 2-ci yeri qazanıb.
Qeyd edək ki, qalib komandalara fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib.
Əlihüseyn ŞÜKÜROV
Azərbaycan və RF Jurnalistlər İttifaqının üzvü
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır






















.jpg)

.jpg)






























