FİFA prezidenti vəzifəsindən 90 gün müddətinə kənarlaşdırılan Yozef Blatter 2018-ci il dünya çempionatına ev sahibliyi etmək hüququnun gizli razılaşma nəticəsində Rusiyaya verildiyini etiraf edib.
Y. Blatter bunu Britaniyanın "The Financial Times" qəzetinə müsahibəsində deyib. O bildirib ki, gizli razılıq FİFA ali rəhbərliyində əldə olunub və səsvermənin nəticələrini saxtalaşdırmağı da nəzərdə tutub: "Razılaşdırılan və yazılı olmayan qərar onu nəzərdə tuturdu ki, səsvermə nəticəsində biz iki nəhəng derjava – Rusiya və ABŞ-ı seçəcəyik".
Qeyd edək ki, ABŞ 2022-ci il dünya çempionatına ev sahibliyi etmək arzusunda olub, lakin səsvermədə Qatara uduzub. Gizli razılıq barədə qərarın FİFA İcraiyyə Komitəsinin bütün üzvləri tərəfindən qəbul edilib-edilmədiyi haqda sualı cavablandıran Blatterin sözlərinə görə, qərarı İK qəbul etməyib: "Bu, kulisarxası qərar idi, hər hansı müşavirə olmayıb".
Y. Blatter UEFA prezidenti Mişel Platininin öz səsini Qatara verərək 2022-ci il dünya çempionatı ilə bağlı razılaşmanı pozduğunu və bunun ABŞ-ın qəzəbinə səbəb olduğunu vurğulayıb.
Xatırladaq ki Y. Blatter daha öncə dünya çempionatlarının ev sahibliyi uğrunda mübarizəni uduzan dövlətləri FİFA-nı parçalamaq kampaniyası aparmaqda ittiham etmişdi. O, FİFA-dakı korrupsiya qalmaqalının ABŞ-Rusiya konfliktindən qaynaqlandığını söyləyib. (apa)
Mediainfo.az
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb

















































