“Qarabağ” klubların reytinq siyahısında 6 pillə geriləyib

“Qarabağ” klubların reytinq siyahısında 6 pillə geriləyib

Avrokubokların qrup mərhələsinin III turunun oyunlarından sonra UEFA klubların reytinq siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, cədvəldə Azərbaycanın 7 klubu da yer alıb.

Təmsilçilərimiz arasında ən yaxşı nəticə "Qarabağ"a məxsusdu. Avropa Liqasının qrup mərhələsinin III turunda "Monako"ya 0:1 hesabı ilə uduzan ağdamlıların hesabındakı 12,3750 xal dəyişməz qalıb.

Nəticədə 6 pillə geriləyən Qurban Qurbanovun yetirmələri 135-ci yerə düşüb.

9,6250 xalı olan "Neftçi" mövqeyini 1 pillə itirib. Bakılılar artıq Avropanın 163-cüsüdü. Eyni qədər geriləyən "İnter" 5,3750 xalla 249-cudu.

Avrokuboklarda mübarizəni davam etdirən digər komandamız "Qəbələ" Avropa Liqasının qrup mərhələsinin III turunun "Borussiya" (Dortmund, Almaniya) ilə oyununda 1:3 hesabı ilə uduzsa da, mövqeyini qoruyub. 5,1250 xala malik "qırmızı-qaralar" 254-cü yerdə qərarlaşıb.

Digər klublarımızdan "Xəzər Lənkəran" (4,3750) 285-ci, "Bakı" ilə AZAL (hər ikisi 3,1250) 334-cüdü.

Təmsilçilərimizin Avropa Liqasındakı rəqiblərindən Almaniya "Borussiya"sı (Dortmund) 96,0350 xalla 9-cu, İngiltərə "Tottenhem"i (63,4560) 24-cü, Belçika "Anderlext"i (45,1200) 37-ci, Fransa "Monako" (34,4490) 56-cı, Yunanıstan PAOK-u (34,1600) 57-ci, Rusiya "Krasnodar"ı (17,1360) 101-ci pillədədi.

Qeyd edək ki, siyahıya 148,8280 xala malik İspaniya "Real"ı (Madrid) başçılıq edir.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.10.30

2026.10.29

Qızıl bahalaşdı Qızıl bahalaşdı 29 Oktyabr 14:14

2026.10.28

2026.10.27

2026.10.26

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az