"Qəbələ"ni məğlub etməyə borcluyuq. Bununla, liderliyimizi qoruya bilərik".
Bunu "Borussiya"nın yarımmüdafiəçisi İlkay Gündoğan deyib.
Avropa Liqasının qrup mərhələsi çərçivəsində sabah "Qəbələ"nin qonağı olacaq Dortmund təmsilçisi Azərbaycana iddialı gəlir.
Bundesliqa klubunun Türkiyə əsilli futbolçusu təmsilçimizlə qarşılaşmanın onlar üçün vacib olduğunu bildirib: "Hazırda turnir cədvəlinə başçılıq edirik və bunu davam etdirməliyik. Rəqiblərimizə bizə çatmaq imkanı verməmək üçün Bakıda mütləq qələbə qazanmalıyıq. Meydana kim çıxırsa-çıxsın, ikinci bir fikirdə olmamalıdı. Ancaq "Qəbələ"ni də qiymətləndiririk. Bura qədər gəlibsə, deməli, güclü komandadı. Bizim hədəfimiz isə finala qədər getməkdi. Bu da olduqca realdı. Böyük potensiala malikik. Bu komanda Çempionlar Liqasında çıxış edəcək gücdədi".
2011-ci ildən "Borussiya"nın formasını geyinən 25 yaşlı yarımmüdafiəçi Avropa nəhənglərinin maraq dairəsindədi. Almaniya yığmasının üzvü komandada qalmaq istədiyini bildirib: "Borussiya"da hər şey məni qane edir. Özümü ən azı mövsümün sonuna qədər bu komandada görürəm".
Qeyd edək ki, "Qəbələ" – "Borussiya" oyunu sabah "Bakcell Arena"da keçiriləcək və saat 20:00-da başlayacaq.
Mediainfo.az
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































