AİBA İcraiyyə Komitəsinin Qətərdə keçiriən toplantısında 2017-ci ildə boks üzrə böyüklər arasında dünya çempionatını qəbul edəcək şəhərin adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, beynəlxalq federasiyanın prezidenti Çinq Ko Vu növbəti mundialın 2 il sonra Almaniyanın Hamburq şəhərində keçiriləcəyini deyib.
O bildirib ki, dünya çempionatını keçirmək üçün 3 federasiya namizədliyini irəli sürmüşdü: "Uzun sürən araşdırmadan sonra Hamburqa üstünlük verdik. Hamburq sentyabrda APB-nin finalını yüksək səviyyədə qəbul edərək, bu cür yarışların keçirilməsində təcrübəsi olduğunu göstərdi. Uzun fasilədən sonra boks üzrə dünya çempionatı yenidən Avropada təşkil olunacaq".
Almaniya Boks Federasiyasının prezidenti Yurqen Kyas bu qərara sevindiklərini bildirib: "Qətər Boks Federasiyası Dohada böyük işlər gördü. AİBA-nın növbəti yarışı bizə həvalə etməsi böyük etimaddan xəbər verir".
Qeyd edək ki, Almaniya (Münhen, 1982-ci il və Berlin, 1995-ci il) üçüncü dəfə dünya çempionatına ev sahibliyi edəcək.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır






















.jpg)

.jpg)






























