Latviyanın paytaxtı Riqada sambo üzrə yeniyetmə və gənclər arasında dünya birinciliyi keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması yarışın 2 qızıl, 2 gümüş və 2 bürünc medalını qazanıblar.
Bu medallardan 3-ü "Neftçi İdman Klubu"nun samboçularına məxsusdu. Yeniyetmələrin yarışında idmançılarımızdan Rəşad Dünyamalıyev (52 kq) yalnız finalda məğlub olub və gümüş medala layiq görülüb. Aslan Mirzəyev (87 kq) isə birinciliyin bürünc medalına sahib çıxıb.
Gənclər arasında təşkil olunan yarışlarda isə klubun yetirməsi İlkin Babazadə (60 kq) bütün qarşılaşmalardan qalib ayrılaraq dünya çempionu adını qazanıb.
Mediainfo.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)










.jpg)
















.jpg)
















