Sadıq Sadıqov “Neftçi” klubundan ayrılıb

Sadıq Sadıqov “Neftçi” klubundan ayrılıb

"Öz istəyimlə "Neftçi" Peşəkar Futbol Klubunun Müşahidə Şurasının üzvlüyündən çıxdım. Bu da işlərimin çoxluğu ilə əlaqədardı". Bu sözləri apasport.az saytına "Neftçi" İdman Klubu İctimai Birliyinin İdarəetmə Aparatının rəhbəri Sadıq Sadıqov deyib.

Neftçi"nin sabiq prezidenti bu yaxınlarda Azərbaycan Cüdo Federasiyasının vitse-prezident vəzifəsinə təyin edilməsini əsas gətirərək, futbol klubundan ayrılmaq qərarına gəldiyini söyləyib: "Qarşıda da çox önəmli cüdo yarışları var. Xüsusən də, Yay Olimpiya Oyunlarına hazırlıq işləri çoxluq təşkil edir. Ümumiyyətlə, mən indiyə qədər "Neftçi"nin Müşahidə Şurasının iki iclasında iştirak etmişəm. Bunların biri ilk iclas, digəri isə Emil Mpenza ilə bağlı məsələlərin müzakirəsi zamanı idi. İşlərin çoxluğu ilə əlaqədar iclaslara qatıla bilmirdim. Buna görə də, öz istəyimlə Müşahidə Şurasının üzvlüyündən çıxdım".

Sadıq Sadıqov sonda "Neftçi"yə uğurlar arzulamağı da unutmayıb: "Neftçi"də olduğumuz müddət ərzində böyük uğurlar əldə etdik. Azərbaycan klub futbolu tarixinə qızıl hərflər yazdıq. Bu şansı mənə yaradan insanlara dərin təşəkkürümü bildirirəm. "Neftçi" komandasına bundan sonrakı oyunlarda uğurlar arzu edirəm.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az