Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatında bu gün Azərbaycanın daha 3 boksçusu yarımfinal görüşünə çıxacaq.
"Sportnet.az"ın verdiyi məlumata görə, 52 kq çəki dərəcəsində mübarizədə Elvin Məmişzadə əlcəzairli Muhammed Flissi ilə üz-üzə gələcək.
60 kq çəkidəki Albert Səlimov braziliyalı Robson Konseysao ilə, 69 kq çəkidə yer alan Pərviz Bağırov isə qazaxıstanlı Daniyar Yeleusinovla döyüşəcək. Axşam proqramına təsadüf edəcək döyüşlərə Bakı vaxtilə saat 21:00-da start veriləcək. Qaliblər oktyabrın 15-də final görüşlərinə vəsiqə qazanacaqlar. Məğlublar isə yarışı bürünc medalla başa vuracaqlar.
Qeyd edək ki, ötən gün dünya çempionatında Azərbaycan boksçularından 91 kq çəki dərəcəsində mübarizə aparan Abdulqadir Abdullayev bürünc medala sahib olub. O, yarımfinalda uduzub. Digər boksçulardan Rüfət Hüseynov (49 kq), Tayfur Əliyev (56 kq) və Lorenso Sotomayor (64 kq) 1/4 finalda, Teymur Məmmədov isə 1/8 finalda mübarizəni dayandırıb.
Mediainfo.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)










.jpg)
















.jpg)
















